İrəvan və London razılaşdı


Londonda Ermənistan və Böyük Britaniya nümayəndələri 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq planı imzalayıblar.

Cebhe.info bu barədə “Sputnik Ermənistan”-a istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Devid Morqan da Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Onlar regionda hərbi sahədə əlaqələri gücləndirmək barədə razılığa gəliblər.

Ermənistan nümayəndə heyəti həmkarlarına ölkədəki təhlükəsizlik vəziyyəti, Azərbaycanla sülhün və regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar, orduda aparılan islahatlar barədə məlumat verib.

Departament nümayəndələrinin növbəti, yeddinci iclası İrəvanda keçiriləcək. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ