Rusiyadan Ukrayna ilə bağlı açıqlama: Belqorod bölgəsini...


Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında çoxlüləli reaktiv yaylım atəşi sistemi ilə Belqorod vilayətinə hücum etməyə cəhd edib.

Turkustan.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, saat 03.45 radələrində Kiyevin “Uraqan” çoxlüləli reaktiv yaylım atəş sistemi ilə Rusiya ərazisindəki obyektlərə hücum cəhdinin qarşısı alındığı bildirilib.

Açıqlamada Belqorod vilayətinin hava məkanında 9 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd edilib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ