Norveç Rusiya nömrəli minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək


Norveç administrasiyası gələn həftədən etibarən Rusiya nömrəli minik avtomobillərinin ölkəyə giriş-çıxışını qadağan edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, NATO üzvü Norveçdə hökumət, Ukrayna-Rusiya müharibəsi səbəbiylə Avropa Birliyinin (AB) tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiya nömrəli minik avtomobillərinin ölkəyə giriş-çıxışını qadağan edib.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt qadağa ilə bağlı açıqlamasında, "Norveç Rusiyanın hücumları qarşısında müttəfiqləri və həmfikirləri ilə birlikdə hərəkət edir" dedi.

Müvafiq olaraq, Rusiya ilə təxminən 198 kilometr uzunluğunda sərhədi paylaşan Norveç, 9 və ya daha az yer tutumlu minik avtomobillərinin ölkəyə giriş-çıxışını dayandıracaq.

Rusiyada daimi yaşayış yeri olan Norveç vətəndaşları və onların ailə üzvləri xəstəlik, ölüm və dəfn kimi hallarda qadağadan azad ediləcək.

Rusiya dövlət nömrə nişanlı mikroavtobuslar və avtobuslar iki ölkə arasında yeganə keçid məntəqəsi olan Storskoq qəsəbəsindən keçişlərini davam etdirəcəklər.

Avropa İttifaqı Komissiyasının 8 sentyabr tarixli qərarı ilə Rusiya Federasiyasında qeydiyyatda olan minik avtomobillərinin Estoniya, Latviya, Litva, Finlandiya və Polşa da daxil olmaqla 27 üzv ölkənin sərhədlərindən keçməsinin qarşısı alınıb.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ