Kipr hökuməti Qarabağı tərk edən erməniləri qəbul etməyə hazırdır – BƏYANAT


Kipr hökuməti Qarabağ ermənilərinə təcili humanitar yardım göstərməyə hazırdır və erməni qaçqınların ölkədə yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Turkustan.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Kipr Respublikası erməni xalqı üçün açıq kanallar saxlayır. Bu çərçivədə Kipr hökuməti minlərlə Qarabağdan qovulmuş, öz ata-baba yurdlarını tərk edən ermənilərə təcili humanitar yardım göstərməyə hazırdır. Bununla bağlı, ehtiyac yaranarsa, bir sıra erməni qaçqın ölkəmizdə yerləşdirilməsi imkanları da nəzərdən keçirilir”, - deyə məlumatda qeyd olunub.

Xarici İşlər Nazirliyi həmçinin ənənəvi türk düşmənçiliyinin davamı olaraq, Azərbaycanın 19 və 20 sentyabr tarixlərində keçirdiyi hərbi əməliyyatı və “9 noyabr 2020-ci il tarixli atəşkəs sazişinin kobud şəkildə pozulmasını” pisləyib. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ