Ərdoğandan diqqətçəkən çağırış: Türkiyəyə gəlin, Türkiyəyə yerləşin!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) 39-cu Baş Assambleyası və Magistrlərə Hörmət Mükafatlandırma Mərasimində çıxışı zamanı beynəlxalq şirkətləri fəaliyyətlərini Türkiyədən idarə etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə investorlara və qlobal şirkətlərə geniş imkanlar təqdim edir:

“Beynəlxalq şirkətləri qərargahlarını Türkiyəyə köçürməyə dəvət edirik. Əməliyyatlarınızı Türkiyədən idarə edin və təqdim olunan üstünlüklərdən yararlanın”.

Prezident həmçinin xaricdə yaşayan sahibkarlar və Türkiyə vətəndaşlarına müraciət edərək onları ölkəyə qayıtmağa və iqtisadi inkişaf prosesində iştirak etməyə çağırıb:

“Xaricdə yaşayan sahibkarlara və vətəndaşlarımıza yeni çağırış edirik: Türkiyəyə gəlin, burada məskunlaşın və ölkəmizin böyümə hekayəsinin bir hissəsi olun”.

Ərdoğan qeyd edib ki, Türkiyədə məskunlaşan əcnəbilər və xaricdə yaşayan Türkiyə vətəndaşları üçün müəyyən vergi güzəştləri nəzərdə tutulur və onlar 20 il müddətində vergi ödəməyəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ