Uzun illərdən sonra ilk dəfə olaraq Moskvadakı parad hərbi texnikasız keçiriləcək və bu, Vladimir Putin rəhbərliyindəki Rusiyanın əvvəlki qədər güclü olmadığını nümayiş etdirir.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin açılış mərasimində çıxışı zamanı danışıb.
“Rusiya 9 mayda parad elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illər ərzində ilk dəfədir ki, onlar paradda silah nümayiş etdirə bilmirlər. Ukrayna dronları da bu paradda uça bilər”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, qarşıdakı yay ayları Kremlin gələcək addımları baxımından həlledici olacaq:
“Bu yay Vladimir Putinin bundan sonra nə edəcəyinə – müharibəni genişləndirəcəyinə, yoxsa diplomatik vasitələrə üstünlük verəcəyinə qərar verəcəyi dövr olacaq. Kreml rəhbəri diplomatiyaya doğru irəliləməlidir. Rusiyanın zəifləməsi ona qarşı beynəlxalq sanksiyaların davam etdirilməsinin vacibliyini göstərir”. /Modern.az/