“İsrail Hərbi Hava Qüvvələri İran səmasının istənilən nöqtəsinə çatmaq imkanına malikdir”.
Turkustan.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, ölkə iki yeni eskadrilya “F-35 Lightning II” və “F-15 Eagle” tipli qırıcılar əldə edir.
Netanyahu həmçinin bildirib ki, müdafiə sahəsində xarici asılılığı azaltmaq üçün silah istehsalına böyük investisiyalar ayrılacaq və növbəti on il ərzində müdafiə büdcəsi təxminən 350 milyard şekel artırılacaq.
Bundan əlavə, pilotsuz uçuş aparatlarına qarşı xüsusi proqramın başladığı və dron təhlükəsinə qarşı yeni texnologiyaların inkişaf etdirildiyi qeyd edib./Globalinfo.az