ABŞ-ın Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatında təxminən 15.000 hərbçi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə iştirak edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd olunub ki, əməliyyata hərbi dəstək idarə olunan raket esminetsləri, 100-dən çox təyyarə, müxtəlif pilotsuz platformalar və təxminən 15.000 hərbi qulluqçudan ibarət olacaq.
Əməliyyat hərbi münaqişə səbəbindən Hörmüz boğazı sularında qalan gəmilərlə bağlı vəziyyətlə əlaqədar olaraq həyata keçirilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyatın Yaxın Şərq vaxtı ilə 4 mayda başlayacağını açıqlamışdı. /axar.az/