Dünya üçün dəhşətli ssenari üzə çıxdı – İrandan gözlənilən həmlə


ab əl-Məndəb boğazı ətrafında artan gərginlik qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Bu dar keçid Qırmızı dənizlə Ədən körfəzini birləşdirir, Süveyş kanalı vasitəsilə Avropa və Asiya arasında ən qısa dəniz yolunun əsas hissəsi sayılır.

Bəs İran Bab əl-Məndəb boğazını bağlayarsa, nələr olar?

Turkustan.az xəbər verir ki, bununla bağlı xarici mediada məlumat paylaşılıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, Hörmüz boğazı ilə yanaşı, Bab əl-Məndəbin də fəaliyyətinin dayanması qlobal ticarətə ciddi zərbə vura bilər.

Bu iki strateji marşrutun eyni anda bağlanması dünya iqtisadiyyatını onilliklərin ən dəhşətli ssenarilərindən biri ilə üz-üzə qoya bilər.

Məlumata görə, hər gün sözügedən boğazdan təxminən 5 milyon barel neft və qlobal LNG ticarətinin mühüm hissəsi daşınır. Keçidin bağlanması halında gəmilər Ümid burnu marşrutuna yönəlməli olacaq ki, bu da daşınma xərclərini artıracaq və çatdırılma müddətini həftələrlə uzadacaq.

İranın regiondakı təsiri və Husi hərəkatı vasitəsilə bu keçidə təsir imkanları da diqqət çəkir.

Bildirilir ki, husilər daha əvvəl də ticarət gəmilərinə qarşı hücumlar həyata keçirərək bu marşrutda riskləri artırıblar.

Mümkün bağlanma ssenarisi enerji qiymətlərində kəskin artım, logistika böhranı və qlobal inflyasiyanın sürətlənməsi ilə nəticələnə bilər./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ