BƏƏ-nin “Əl-Əhli Şabab” klubunun hücumçusu Sərdar Azmun İranda əmlakı müsadirə oluna biləcək 16 nəfərlik siyahıya daxil edilib.
Turkustan.az xəbər verir ki, qərar Gülüstan vilayəti prokurorluğu tərəfindən verilib. “Fars” agentliyi iddia edir ki, futbolçu terrorçu Amerika-sionist düşməni ilə əməkdaşlıqda ittiham olunur.
Bildirilir ki, xaricdə yaşayan 16 nəfərin qeydiyyatda olan əmlakı hazırda müəyyənləşdirilir və müsadirə ediləcək.
31 yaşlı Azmun İran milli komandasının heyətində 91 oyunda 57 qol vurub./publika.az