Maduro hakim qarşısına çıxarıldı: Özümü müharibə əsiri hesab edirəm!


ABŞ tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduro Nyu-Yorkda məhkəməyə helikopterlə aparılıb.

Turkustan.az xəbər verir ki, kameralar Maduronu helikopterə müşayiət edərkən onun axsamasını qeydə alıb.

Nyu-Yorkdakı Bruklin həbsxanasında saxlanılan Maduro gündə 23 saat tək kamerada qalır. Məhkəmə qarşısına çıxan Venesuela prezidenti özünü “müharibə əsiri” adlandıraraq Karakasdan qaçırıldığını bildirib.

“Mən Venesuela prezidentiyəm. Günahsız və dürüst insanam. Məni evimdən – Karakasdan qaçırıblar”, – deyə Maduro hakimə bildirib.

Maduro və həyat yoldaşı Cilia Flores narkotik qaçaqmalçılığı da daxil olmaqla, onlara qarşı irəli sürülən bütün ittihamları rədd ediblər.

Təxminən yarım saat davam edən məhkəmə iclasında hakim növbəti dinləmənin 17 mart tarixində keçiriləcəyini elan edib.

Məlumata görə, Nikolas Maduro və Cilia Flores ABŞ ordusunun əməliyyatı zamanı saxlanılaraq Karakasdan Nyu-Yorka gətirilib. ABŞ prezidenti Donald Tramp Maduronu narkotik qaçaqmalçılığını idarə etməkdə ittiham edib.

Maduro hakim qarşısına çıxarılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ