Mahmud Abbas: Xalqımıza qarşı müharibə dayandırılmalıdır


Fələstin prezidenti Mahmud Abbas Fələstin dövlətinin Qəzzaya hücumları ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Mahmud Abbas “Xalqımıza qarşı müharibə bitməlidir” deyərək, İsraildən Qəzzadan çəkilməsini və humanitar yardımların daxil olmasına icazə verməsini tələb edib.

Abbas bildirib ki, İsrailin yaşayış məskənləri, ilhaqı və məskunlaşmaçılar zorakılığına son qoyulmalıdır.

Fələstin prezidenti Qəzzada müharibə başa çatdıqdan sonra seçkilərin keçirilməsinə sadiq olduğunu bir daha bəyan edib.

Plüralizmə əsaslanan bir dövlət istədiklərini deyən Abbas hakimiyyətin sülh yolu ilə təhvil verilməsini arzuladıqlarını dilə gətirib.

Mahmud Abbas İsraili danışıqlar masasına oturmağa çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ