İsrailin bombardmanlarından sonra Nasser xəstəxanasını kanalizasiya suları basıb


İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbələrinin kanalizasiya şəbəkəsinə ziyan vurmasından sonra Nasser xəstəxanası çirkab sularla dolub.

Turkustan.az xəbər verir ki, xəstəxananın təcili yardım otağını su basdığından həkimlər və tibb bacıları kanalizasiya sularından keçməkdə çətinlik çəkiblər.

Xəstəxananın Daxili Xəstəliklər Başçısı Halid Əhməd, xəstələrin və tibb işçilərinin həyatını riskə atan bu vəziyyətlə bağlı AA müxbirinə açıqlama verib.

Əhməd xəstələrlə dolu palatanın kanalizasiya suları ilə dolduğunu, oradakı xəstələrin bir qisminin oksigen aparatına qoşulduğunu bildirib. O, zədələnmiş kanalizasiya şəbəkəsinin İsrail ordusu tərəfindən "qırmızı" işarələnmiş ərazilərdə yerləşdiyini, onu əlçatmaz və buna görə də düzəlməz hala gətirdiyini və bu vəziyyətin tibb işçiləri və xəstələr üçün "birbaşa təhlükə" yaratdığını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ