ABŞ dövlət katibi: Rusiya ABŞ-la rəqabət apara bilməz


ABŞ dövlət katibi Marko Rubio Fox News radiosunda gündəmlə bağlı sualları cavablandırıb.

Turkustan.az xəbər verir ki, Rubio Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedevin ABŞ prezidenti Trampa cavabını şərh edib.

Medvedevin Trampın ultimatumlarının müharibəyə doğru atılan addım olduğuna dair sözlərini şərh edən Rubio bildirib ki, Rusiya dövlət xadimi hazırda qərar verən mövqedə deyil.

Rubio ABŞ və Rusiya arasında müharibə ehtimalı ilə bağlı sualı da cavablandırıb.

ABŞ dövlət katibi bəyan edib ki, iki ölkə arasında müharibə barədə düşünmək belə mümkün deyil, Rusiya adi müharibədə ABŞ və əksər Avropa dövlətlərinin öhdəsindən gələ bilməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ