İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya qarşı başlatdığı hücumlarda on minlərlə günahsız fələstinli həyatını itirdi.
Turkustan.az xəbər verir ki, Qəzzada insanlıq faciəsi bütün dünyanın gözü qarşısında baş qaldırarkən, İsrailli bir nazir sosial media hesabında qalmaqallı paylaşım edib.
İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Gila Gamliel fələstinlilərin Qəzza zolağından qovulduğunu göstərən süni intellekt videosunu "Ya biz, ya da onlar (Fələstinlilər)" mesajı ilə paylaşıb.
Gamliel sosial media hesabında "Qəzza gələcəkdə belə görünəcək" başlıqlı süni intellekt videosunu yayımladı.
“Ya biz, ya onlar (Fələstinlilər)” mesajının yer aldığı videoda Qəzzada İsrailin hücumları nəticəsində dağıdılan binalar, küçələr və prospektlər yenidən qurulur, bölgədə göydələnlər yüksəlir.
Şəkildə Qəzza sahillərində çoxsaylı kafe və barların, o cümlədən ABŞ prezidenti Donald Trampın adını daşıyan biznes mərkəzinin tikildiyi görünür.
Aytən Yaşar/ Turkustan.az