İsrail Qəzza zolağında 25 ölkənin atəşkəs çağırışını rədd etdi


İsrail İngiltərə, Avstraliya, Fransa və Kanada da daxil olmaqla 25 ölkənin Qəzza zolağında “şərtsiz və daimi atəşkəs”lə bağlı birgə çağırışını rədd edib.

Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İsrail ordusunun Qəzzada dinc sakinləri qeyri-insani şəkildə qətlə yetirməsini pisləyən birgə bəyanatın reallıqdan uzaq olduğunu bildirib.

Bəyanatda humanitar yardım gözləyən fələstinli mülki vətəndaşların öldürülməsinin pisləndiyi və Təl-Əviv hökumətinin yardım axınına tətbiq etdiyi embarqonu aradan qaldırmağa çağırdığı bəyanatda “Həmas”a yanlış mesaj göndərilib.

İsrailin Qəzzanı işğalını davam etdirməkdə israr etməsi səbəbiylə atəşkəs danışıqlarının dalana dirənməsinə baxmayaraq, bəyanatda Təl-Əviv rəhbərliyinin Dohada müzakirə edilən saziş layihəsinə “hə” dediyi, lakin HƏMAS-ın “inadla rədd etdiyi” iddiası da yer alıb.

Bəyanatda həmçinin, Dohada davam edən danışıqların həssas dövründə belə bəyanatlardan qaçmağın daha məqsədəuyğun olacağı da irəli sürülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ