İsrail polisinin himayəsi altında olan fanatik yəhudilər işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər.
Turkustan.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, yüzlərlə İsrail polisi Qüdsün Köhnə Şəhərində, xüsusilə də Məscidül-Əqsanın qapılarında yerləşdirilib. İçərişəhər və Əl-Əqsa məscidinin girişlərində hərbi tədbirlər gücləndirilib, ibadət etmək istəyən fələstinlilərin girişinə məhdudiyyətlər qoyulub.
Daha sonra onlarla fanatik yəhudi qrup halında Məscidül-Əqsaya daxil olaraq, İsrail qüvvələrinin himayəsi altında onun həyətlərinə təxribat xarakterli turlar təşkil edib və ayinlər icra ediblər.
Aytən Yaşar/ Turkustan.az