İllər sonra sirri açdı: Zidan onu bu sözə görə vurubmuş


İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi 2006-cı ildə İtaliya və Fransa milliləri arasında keçirilən dünya çempionatının finalında baş verən insidentdən danışıb.

Turkustan.az xəbər verir ki, Materatsi Zidanla münaqişə anının tez-tez onunla əlaqələndirilməsindən təəssüfləndiyini bildirib.

Epizodların birində Materatsi rəqibin lideri Zinəddin Zidanı təxribata çəkib və o, italiyalının sinəsinə başı ilə zərbə endirib. Hakim Zidanı meydandan qovdu, italyanlar isə fransızları penaltilər seriyasında məğlub edərək dünya çempionu oldular. Oyunçu Zidan üçün bu, karyerasında son matç idi.

“Bunu bəyənmirəm, çünki karyeramı xarakterizə etmir, ona uyğun gəlmir. Bu heç vaxt olmamalı idi. Finalın gərginliyində, dava-dalaşın, təhqirlərin içində Zidan mənə köynəyini təklif etdi, mənsə “yox” dedim və əlavə etdim ki, onun bacısına üstünlük verərdim.

Sonra Zidan arxaya dönüb hamının xatırladığı şəkildə reaksiya verdi. O vaxtdan Zinəddini bir daha görməmişəm”, – “The Times” Materatsidən sitat gətirib. /publika.az/


MANŞET XƏBƏRLƏRİ