“Qarabağ” - “Bayer”ə uduzdu


Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxıb.

Turkustan.az xəbər verir ki, Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olub. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Bayer"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:1

Qol: Bonifeys, 90+2-pen.

Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks

Tofiq Bəhramov adına Respublika Stadionu.


MANŞET XƏBƏRLƏRİ