Lənkəranda 60 yaşında ana olan qadının HƏYAT YOLDAŞI – “Eşidəndə ürəyim getdi”


Xəbər verildiyi kimi, Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib.

Bu haqda Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Rayonun Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım hamiləliyin 37-ci həftəsində, qeysəriyyə yolu ilə qız uşağı dünyaya gətirib. Körpənin çəkisinin 3100 qr, boyunun 49 sm olduğu bildirilib.

Körpənin atası 56 yaşlı Hüseyn Səfərov sevincini Bizim.Media-ya bölüşüb:

“Uşaq da, yoldaşım da yaxşıdı. Xəbəri eşidəndə, sevincimdən ürəyim getdi. 2003-cü ildə evlənmişik. İlk evliliyimizdir. Tanrı bizə övlad da nəsib etdi. Çox danışa bilmirəm, həyacanlıyam”, - deyə ata bildirib.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.


MANŞET XƏBƏRLƏRİ