ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupu üzvləri ilə təmasları çərçivəsində Vaşinqtonda olan xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası Təmas Qrupu üzvləri ilə təmasları çərçivəsində Vaşinqtonda olan Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Fidanın ABŞ təmasları çərçivəsində beyin mərkəzlərinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
Təmas qrupu ABŞ-dan sonra Kanadada da təmaslar aparacaq. Qrupun Kanadanın baş naziri Castin Trüdo və Kanadanın xarici işlər naziri Melani Coli ilə iki ayrı görüş keçirəcəyi gözlənilir.
Eltac/Turkustan.az