ABŞ Fələstin Xarici İşlər Nazirinin açıqlama verməsinə icazə vermədi


İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun üzvü Fələstin Xarici İşlər naziri Riyad əl-Malikinin Vaşinqtondakı təmasları zamanı ABŞ hökumətinin açıqlama verməyə icazə vermədiyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Ərəb Liqasının Təmas Qrupunun üzvləri Vaşinqtona səfərləri çərçivəsində “Four Seasons” otelində mətbuat konfransı keçiriblər.

Bir jurnalistin əl-Malikiyə sual vermək istəməsindən sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan söz aldı.

Bin Farhan, "Cənab əl-Maliki sualınıza cavab verə bilməz. ABŞ hökuməti cənab əl-Malikiyə məhdudiyyətlər qoyub. O, mətbuatın suallarına cavab verə bilmir və mətbuatla əlaqə saxlaya bilmir".

Danışıqlar üçün Vaşinqtonda olan Təmas Qrupunun ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşü gözlənilir.

Təmas Qrupunun şənbə günü Kanadada danışıqlar aparacağı gözlənilir.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ