"Azərbaycanda növbədənkənar prezident seçkiləri konstitusiya şərtlərinin bərpa edilməsindən sonra zəruriyyətə çevrildi" - AÇIQLAMA


Azərbaycanda növbədənkənar prezident seçkiləri Xankəndi də daxil olmaqla Qarabağın iqtisadi rayonlarında dövlətin mövcudluğunun və konstitusiya şərtlərinin bərpa etməsindən sonra zəruriyyətə çevrilib.

Bu fikirləri Turkustan.az-a açıqlamasında siyasi ekspert Yeganə Hacıyeva bildirib.

Açıklama yok.

Eskpert bildirir ki, “30 ilə yaxındır bizim torpaqlarımız işğal altında idi. Biz torpaqlarımızı, yəni Qarabağ ətrafı rayonları məhz 2020-ci ildə 44 günlük vətən müharibəsində azad etdik. Bununla biz torpaqlarımızın işğaldan azad etmək strategiyamızın birinci mərhələsini həyata keçirdik. Sonrakı mərhələ əlbəttə Xankəndi də daxil, bu inzibati ərazilər də Azərbaycanın konstitusiya şərtlərini bərpa etməkdir.

Azərbaycan istədi ki, bu proseslərdə hamı öhdəlik və məsuliyyətini yerinə yetirsin. Növbədənkənar prezident seçkiləri Beynəlxalq mentorların da öz üzərinə götürdüyü nizamlayıcı sülh yaratma çərçivəsində baş tutacaq”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ