ABŞ dövlət katibi Antoni Blinken Fələstin prezidenti Mahmud Abbasla görüşüb.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Blinken İordan çayının qərb sahilinin Ramallah şəhərində Fələstin prezidenti Abbasla görüşüb.
Görüş zamanı Blinken Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün davam edən səyləri müzakirə edib və İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı ekstremist zorakılığı pislədiyini və günahkarların məsuliyyətə cəlb olunmasında israr etməyə davam edəcəyini bildirib.
İkili həmçinin İordan çayının qərb sahilində fələstinlilərin təhlükəsizliyini və azadlığını artırmaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğunu dilə gətirib.
Blinken həmçinin bildirib ki, ABŞ Fələstin dövlətinin yaradılması istiqamətində konkret addımlar atmağa sadiqdir.
Nazir Blinken bu gün prezident İsaak Herzoqla görüşüb və Qəzza zolağında izləniləcək yol xəritəsi ilə bağlı İsrail hökuməti ilə ətraflı müzakirələri davam etdirəcəklərini bildirib.
Netanyahu və İsrailin Hərbi Nazirlər Kabineti ilə də görüşən Blinken, ABŞ-ın İsrailin "beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmə haqqını" dəstəklədiyini və cənubdahəyata keçiriləcək hər hansı bir hərbi əməliyyatdan əvvəl oradakı mülki şəxslərin müdafiəsi və ehtiyaclarının təmin edildiyini bildirib”.
Eltac/Turkustan.az