“Paşinyan vəd verdi ki, Şuşa və Hadrut...” – Ayrapetyan


Ermənistan baş naziri yalan vədlərinə davam edərkən, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə zəfər çıxışı edirdi.

Turkustan.az xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.

“2020-ci il müharibəsindən sonra Nikol Paşinyanın gözlərinin içinə baxıb dedim ki, sən məğlub lidersən, daha böyük uğursuzluqlara səbəb olacaqsan. Ancaq o, səyahətinə davam etmək qərarına gəldi. 2021-ci ildə seçkilərində iştirak etdi. Yeri gəlmişkən, Şuşa və Hadrutu “qaytarmağa” hazır olduğunu bildirdiyi proqramla seçkiyə qatılmışdı. Amma bundan sonra ümumiyyətlə Qarabağ məsələsindən imtina etdi”, - ekspert bildirib.

Ayrapetyanın sözlərinə görə, Ermənistan baş naziri yalan vədlərinə davam edərkən, Prezident Əliyev artıq Xankəndidə zəfər çıxışı edirdi. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ