Blinkenin zəngi Azərbaycan və ABŞ münasibətlərini normallaşdıracaqmı? – Ekspertdən AÇIQLAMA


Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək son günlərdə Azərbaycan-ABŞ arasında yaşanan məsələlər ilə bağlı müzakirə aparıblar.

ABŞ-ın bu təşəbbüsünü necə qiymətləndirirsiniz?

ABŞ-Azərbaycan münasibətləri yenidən normalaşacaqmı?

Bu mövzu haqqında siyasi ekspert Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyli:

(Əziz Əlibəyli)

Ə.Əlibəyli bildirib ki, “görüşü Azərbaycanın iradəsinin qəbul edilməsi, hətta qələbəsi kimi də adlandırmaq olar. Çünki ABŞ-ın dövlət iradəsinin Ermənistana görə qurban verilməsi çox anormal gedişat idi.

Məncə qarşılıqlı demarşlar xüsusən də bölgənin gələcəyinə yönəlik inverstisiyalar qoymağa çalışan, təsiri aktırlarını bölgəyə yerləşdirmək niyyətində olan ABŞ üçün çox önəmli bir proses oldu və onun dur deyəcəyi bir hadisə baş verdi. Əslində son yaşananlar Azərbaycanın ABŞ-la bağlı Cənubi Qafqaz və Regional siyasətinə təsir göstərə biləcəyinin nümunələri idi. Çünki danışıqlar konteksti, Ermənistanın silahlandırılması, Xəzər zonasının enerji ehtiyatları, Zəngəzur dəhlizi, İranla münasibətlər, Yaxın Şərq konteksti və digərləridir. Görürsünüz nə qədər toqquşan məqamlar var? Və bunların üzərində Azərbaycan Ermənistanı divara dirədi ki sülh müqaviləsini imzalamağı qəbul etməlidir. Gürcüstan, Azərbaycan, Türkiyə 3-lü hərbi görüş reallaşdırıldı, 3+3 formatının möhkəmlənməsi və real addımlar atılması üçün bölgə ölkələri Azərbaycan, Rusiya, Türkiyə yeni münasibətlərə qədəm qoydu. Bu da Ermənistan üzərindən siyasət şəkilləndirməyə çalışan ABŞ üçün gözlənilməz oldu.

Azərbaycan dərhal ABŞ-ın daxili elementlərinə hüquqi təbdirlər gördü. Bu isə Azərbaycanın itkisinə yox, Ukrayna ilə müharibə kontekstində Qərbin mövqelərinin zəifləməsinə aparan addım oldu. O`Braynın səsləndirdiyi fikirlər və Blinkenin xahiş etməsi bu kontekstə vacib addımdır. Yüksək vəzifəli şəxslərin Azərbaycana səfərini ABŞ özü təntənəli şəkildə elan etmişdir. Bu da onların məsuliyyətsizliyinin göstəricisidir. Amma gedişat göstərdi ki, probemlər belə həll oluna bilməz. Azəbaycanın milli maraqları və mövqeyi qorunmalıdır. Onu güzəşt adlandırmaq da doğru deyil, çünki burada söhbət güzəştdən getmir. Azərbaycanın hər-hansısa mövqeyinin etiraf olunmasından gedir. Məncə bu ilkin təmas çox müsbət addımdır və buradan yola davam edib ABŞ-ın ikili standartını da ortadan qaldırmağa səy göstərmək lazımdır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ