Stoltenberq: "Türkiyənin İsveçi NATO-ya qəbul etməsinin vaxtı çatdı"


Oktyabr ayında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə həvalə edilmiş İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar noyabrın 16-da təxirə salınıb

Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ankaranı İsveçin NATO üzvlüyünü daha da gecikdirməməyə çağırıb. Brüsseldə danışan Stoltenberq “Türkiyənin İsveçi NATO-ya qəbul etməsinin vaxtı çatıb” deyib. İsveçin NATO-ya üzvlük protokolu ilə bağlı qanun layihəsi oktyabr ayında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinə göndərilib.

Bununla belə, üzvlük protokolu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində noyabrın 16-da müzakirəyə çıxarılan danışıqların təxirə salınması qərara alınıb.

Xarici işlər nazirinin müavini Burak Akçapar beynəlxalq səviyyədə dərin dəyişiklik və transformasiya dövründən keçdiyimizi və dəyişən təhlükəsizlik mühitinin yaratdığı bir vəziyyətin olduğunu bildirdi.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ