İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, ölkəsi İsrailin Qəzzaya hücumlarının dayandırılmasını və “humanitar məsafənin” daimi olmasını istəyir.
Turkustan.az xəbər verir ki, Paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında gündəmi qiymətləndirən Kenani, İsrailin hücumlarında öldürülən 66 jurnalistin fotoşəkillərinin yer aldığı Fələstin xəritəsi və 6 mindən çox uşağın həyatını itirdiyini ifadə edən posterin yanında sualları cavablandırıb.
HƏMAS-ın nəzarətində olan israilli məhbusların azad edilməsində İran və Türkiyə arasında əməkdaşlığın vacibliyini vurğulayan Kenani, Fələstin məsələsinin İran və Türkiyə də daxil olmaqla bir çox ölkə üçün vacib məsələlərdən biri olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani, "Türkiyə Fələstin məsələsində mühüm rola malikdir və fəal rol oynaya bilər" deyib.
Eltac/Turkustan.az