Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.
Turkustan.az xəbər verir ki,hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.
Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur. /bizimmedia/