Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Azərcell" əməkdaşına atəş açıb.
Turkustan.az oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.
Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.
Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Onun həyatı təhlükəsinin olmadığı bildirilib.