Qarabağ haqda bu sənədə Köçəryan və Sərkisyan imza atıb – SENSASİON


“Qarabağın təslim edilməsi ilə bağlı sənədə Samvel Şahramanyan yox, Robert Köçəryan və Serj Sərkisyan imza atdılar”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Gevorq Papoyan deyib.

O, keçmiş qondarma rejimin Qarabağdan qaçan “parlament nümayəndələrinin” İrəvanda sessiya keçirməsini “qəbuledilməz” adlandırıb:

“Qarabağın “ordusunu” dağıtdılar, silahları Azərbaycana təhvil verdilər, “artsax” parlamentini buraxdılar, indi də Ermənistanda sessiya keçirirlər?! Bu, qəbuledilməzdir, ölkəmizə qarşı addımdır! Qarabağdan gələn əhali ağlını başına yığmalıdır. Əvvəl “artsax”ı idarə etdilər, indi sıra Ermənistandadır?”

Deputat vurğulayıb k, Azərbaycan Ermənistanın növbəti dəfə hücum etməyəcəyinə dair zəmanət istəyir:

“Bu, məntiqlidir, revanş olmamalıdır. Sülh müqaviləsinin əsas məzmunu da budur. Əgər tərəflər revanş haqda düşünərlərsə, sülh müqaviləsinin nə əhəmiyyəti qalar? Revanşdan danışsaq, Ermənistan Respublikası mövcud olmayacaq”, – G.Papoyan bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ