Bu gün şəhid olan hərbçimizin FOTOSU


Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açıb.

Təxribat nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Vüsal Orucov Qusar rayonunun Suvacal kəndindəndir.

Şəhid hərbçimizin fotolarını təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ