“Hakan Fidan İrana buna görə gedib” – Ermənilərdən SENSASİON versiya


Türkiyə XİN rəhbəri Hakan Fidanın sıx səfər qrafiki erməniləri qorxuya salıb.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində müxtəlif fikirlər yazılıb.

“Moskva-Bakı-Tehran marşrutu təsadüfən seçilməyib”, – deyə ermənilər qeyd edirlər.

Onlar iddia edirlər ki, guya Azərbaycanın Zəngəzur dəhlizini tutmaq üçün keçirəcəyi əməliyyatla bağlı İrandan razılıq alınır:

“Hakan Fidan İranı prosesə dəstək verməyə və ya ən azından qarışmamağa inandırmalıdır”.

Bununla belə, ermənilər İranın məsələdə ermənipərəst mövqe nümayiş etdirəcəyindən əmindirlər. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ