Bu gün ölkəmizin ilk televiziya və radio qurumu olan “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 70 il ötür.
Azərbaycan televiziyası radiodan 30 il sonra — 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.
İlk verilişin aparıcısı gənc aktrisa Nəcibə Məlikova olub. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Yarandığı ilk gündən peşəkar yaradıcı kollektivi ilə Azərbaycan xalqının zövqünün formalaşmasında müstəsna rol oynayan Azərbaycan televiziyası yüzlərlə mütəxəssisin püxtələşməsində də töhfəsini əsirgəməyib.
Turkustan Media Group olaraq AzTV-dəki həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq.