“Aleksandrapol (Gümrü) müqaviləsi ləğv olunacaq və Ermənistan Qərbi Azərbaycan adlandırılacaq”.
Turkustan.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Polşadakı keçmiş səfiri, Edqar Qazaryan çıxış edib.
Qazaryan bildirib ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasından əlavə, ikinci hərbi varlıq da var: “Bu, Rusiya FSB-sinin sərhəd qoşunlarıdır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğu müqavilələrlə tənzimlənir. Artıq rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarıblar, yaxın vaxtlarda Mehridən, daha sonra Ermənistan-Türkiyə sərhədindən də çıxaracaqlar”.
Onun iddiasına görə, bu proses tamamlandıqdan sonra Rusiya sərhəd xidməti ilə müqavilə ləğv ediləcək.
“Sonda Türkiyə Aleksandrapol müqaviləsini dərhal geri götürəcək. Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı artıq verilib”, - Qazaryan bildirib./publika.az