Göygöl rayonunda Aydın Murovdağlı ilə görüş keçirilib


No description available.
İlqar Daşdı Müzəffəroğlu,
AJB-nin üzvü

Bu günlərdə Göygöl rayonunda Aşıq Şəmşir (1893-1980) adına musiqi məktəbində, Göygöl rayon Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə Prezident mükafatçısı, zəmanəmizin böyük şairi Aydın Hacıyev Murovdağlı ilə geniş şəkildə görüş tədbiri keçirildi.

Tədbirdə Göygöl Ziyalılar Cəmiyyətinin sədri Elnur Musayev ilk olaraq çıxış edib tədbirin açılışını elan etdi. O, çıxışında tədbir iştirakçılarına xoş gəldin edərək, tanışlıq məqsədi ilə sözü səbəbkar Aydın Murovdağlıya verildi.

Şair Aydın Murovdağlı öz həyat və yaradıcılığı haqqında görüş iştirakçıları qarşısında geniş şəkildə çıxış etdi. Sonra ziyalılar ardıcıl olaraq şairin keçdiyi həyat yoluna və yaradıcılığına öz münasibətlərini bildirdilər.

Sıralamada ziyalılardan müəllimə Dilarə Qazıyeva ilk söz alanlardan oldu. O, şairin «Bu dünya məndən başlayır» şeirini sətir-sətir təhlil edərək öz müsbət münasibətini bildirdi. Sonra şairin «Səni şair güllələdilər» adlı şeirini ziyalı Ofelya Rəhimova təhlil etdi. Hər iki təhlil tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Çıxışlardan xüsusilə şair, tədqiqatçı, yazar Salman Qaralar Balakişiyevin çıxışı seçildi. O, böyük şairimiz Aydın Murovdağlını gəncliyindən tanıdığını bildirərək gənclik xatirələrindən danışdı.

Çıxışlardan sonra şair Aydın Murovdağlıya ziyalılar tərəfindən həyat və yaradıcılığına aid suallar verildi. Ziyalılar Cəmiyyətinin sədri Elnur Musayevin, müəllimlərdən Vahid Ocaqverdiyevin, Sərvan İsmayılovun, İlham İsmayılovun, Məcid Məmmədovun, musiqişünas, ziyalı Məzahir Əliyevin, Təhsil Azad Həmkarlar İttifaqının Göygöl rayon üzrə sədri Elnur Hacıyevin, Əmirxan həkimin sualları daha maraqlı oldu.

Çıxışların yekununda şair Aydın Murovdağlı görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda tədbir iştirakçıları şairlə birlikdə xatirə şəkli çəkdirdilər.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ