Voskanyan məhkəmədə: “Mənə yazığınız gəlsin”


Prokuror ittiham aktının qanuna uyğun qaydada tərtib edildiyini, həmçinin seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək işin məhkəmə baxışına verilməsini tələb edib.

Turkustan.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Voskanyan Qaqik Aşotinin və vəkili Dilsuz Məmmədov hazırkı mərhələdə vəsatətlərinin olmadığını deyərək, işin baxışa verilməsinə etiraz etməyiblər.

“Mən verilən tapşırıqları yerinə yetirmişəm. Mənə yazığınız gəlsin”, - V.Q.Aşotin deyib.

Məhkəmənin qərarına əsasən iş baxışa verilib. Cinayət işini Sabunçu Rayon Məhkəməsinin inzibati binasında eyni hakimlər araşdıracaq. İlk baxış iclası dekabrın 11-ə təyin edilib.


MANŞET XƏBƏRLƏRİ