Səhiyyə sferasından bir yarpaq söz...


Fəxri Müslüm

Düzünü deyim ki, heç vaxt plokilinka, xəstəxana meyilli olmamışam. Keçən əsrin 70-80-illərində işlə əlaqədar kollektiv müayinə məsələlərində bu poliklinkada bir neçə dəfə olmuşdum, ufunətli, qoxulu, əsil sovetlərin bərbad halında olan səhiyyə düşərgələrindən biriydi. Müstəqilliymizdən sonra ilk dəfəydi ki, 2024-də, və indi, yəni bu günlərdə muayindən keçmək üçün bu poliklinkada oldum. Bakı şəhəri, Səbayil rayonunda yerləşən 1 saylı poliklinka yüksək səviyyədə müasir avadanlıqlarla təmin olunmuş halda sakinlərin xidmətindədir. Söhbət təkcə bu, yeni texnologiyalardan getmir, həm də, xidməti vəzifələrini yerinə yetirən kollektivin həkim və tibb bacıları, eləcə də, sıravi personlından gedir. Belə ki, bütün səhiyyə təlimat və qanunlarına yetərincə əməl edilməklə gələn xəstələrə lazımı həkim qayğısını və digər qayğıları yüksək səviyyədə hiss edirsən. Bir məsələ də, maraqlıdır ki, həkim otaqlarının heç birinin qapılarını bağlı görməzsiniz, hamısı açıq qaydada xəstəni qəbul edir, diaqozunu və s. həll edir və rahtlıqla da, gülərüzlə yola salır. Poliklinkanın baş həkimi Nurəlibəyova Təranə xanım başda olmaqla Sahə həkimi, terapevt Samirə xanım Kazımovaya, kardioloq Lahrudi Pərvanə xanıma və kollektiv həkim personalına, eləcə də, bu sferanın digər personalına təşəkkürmü bildiriərək, aşağıdakı şeiri sahə həkiminə yazaraq oxuculara çatdırmaq istədim.

Bakı ş. Səbayil r. 1 saylı polikilinkanın sahə həkimi

Samirə Kazımovaya

Əliniz o qədər şəfalıdır ki,

Bu canda xəstəlik, azarmı qalar?

Sanki çəmənlikdi, böyrün, başın da,

Siz olmayan yerdə gülzarmı qalar?

Gözlərin könlümə çıraqdı, şamdı,

Ziyası ürəyə, ciyərə düşər.

O qədər şirindi həkim, tövsiyən,

Oynayan ruhumla göy yerə düşər.

İndi vaxtmı var ki, götürqoy edim,

Yazdığın dərmanlar kağızda qalır,

O qədər dəyişib ömür də, gün də,

Arxivi ya qışda, ya yazda qalır.

Qurunt sularına sərhəd-sədd çəkdik,

İndi nə dənizi, nə çayı çaşmır.

O qədər kamilsən işin-gücünlə,

Tutduğun nə oxun, nə yayın çaşmır.

Ömür karvanını çoxdan itirdim,

İndi törtöküntü, ələngə qalıb.

Qayğını can-başla başa düşürəm,

İndi nə qalıbsa, pələngə qalıb.

Siqaret ziyandı, çəkmə deyirsən,

Canımda kədəri, dərdi neyləyim?

Yenə də, dolaşıb zaman da biraz,

O boyda turanı, yurdu neyləyim?

Necə sağlam olum, neçə şəhidin?

Dupduru gözləri arxada qaldı.

Qız-gəlin yollardan yığılmadı heç,

İçi cehiz dolu barxana qaldı.

Mənim həkim qızım, mənim gül qızım,

Davam da, dərman da sözə bağlıdı.

Şamannan gələnə bu çör də, çöp də,

Bilirəm heçnədi,

Bir ovuc kül altda közə bağlıdı.

Əliniz o qədər şəfalıdır ki,

Bu canda xəstəlik, azarmı qalar?

Sanki çəmənlikdi, böyrün, başın da,

Siz olmayan yerdə gülzarmı qalar?


MANŞET XƏBƏRLƏRİ