İsrail ordusu yeni "təhlükəsiz zona"nı elan edəcək


Rəfaha qurudan hücuma hazırlaşan İsrail ordusunun bölgədəki insanları yenidən zorla köçürmək üçün yeni “təhlükəsiz zona” elan edəcəyi bildirilib.

Turkustan.az xəbər verir ki, Fələstinlilərin Qəzza zolağına sığındığı Rəfahda qurudan hücuma hazırlaşan İsrail ordusunun bölgədəki insanları yenidən zorla köçürmək üçün yeni “ təhlükəsiz zona” elan edəcəyi bildirilib .

İsrail ordusu daha əvvəl "təhlükəsiz zona" olduğunu iddia etdiyi və təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücum etməyə hazırlaşır.

Təl-Əviv administrasiyası beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, Rəfaha qurudan hücum etməkdə qərarlı olduğunu bəyan edir.

İsrail Ordusu Radiosunda yayımlanan xəbərdə ordunun Fələstinliləri yenidən Rafahda zorla köçürmək üçün “yeni təhlükəsiz bölgə” elan edəcəyi bildirilib.

Quru hücumundan əvvəl Rəfahdakı fələstinlilərin bu “təhlükəsiz zona”ya deportasiyası planlaşdırılır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ