İranın “cənnət şəhəri” layihəsi partladı


İran, aztəminatlı insanların mənzil sahibi ola bilməsi üçün paytaxt Tehran yaxınlığında nəhəng şəhər tikib. Layihə inflyasiyaya görə yarımçıq qalıb. 23 min 938 tərk edilmiş ev qəzalı vəziyyətə düşüb.

Turkustan.az xəbər verir ki, İranın paytaxtı Tehranın 50 kilometrliyində göydələnlərdən “Cənnət şəhəri” adlı yeni şəhər salınacaqdı. 2001-2011-ci illərdə yollar çəkildi, çoxmənzilli binalar tikildi, xəstəxanalar, məktəblər tikildi. “Mehra Mer Layihəsi” iqtisadi səbəblərdən tamamlana bilmədi. Səhranın ortasında tikinti yarımçıq qaldığından mənzillər xarab olur. Toz və torpağa bürünmüş bölgə sanki müharibədən çıxıb.

Mehra Mer İranda ən böyük layihə uğursuzluqlarından biri hesab olunur. Layihə artan əhali ilə bağlı yaranan mənzil problemini aradan qaldırmaq, aztəminatlı və işçi təbəqədən olan insanların ev sahibi olmasına şərait yaratmaq məqsədi ilə həyata keçirilib. Lakin ilk mənzillərdə kanalizasiya və istilik sistemləri nasaz olub, su çatışmazlığı olub, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

2017-ci ildə baş verən zəlzələdə yaşayış binalarının əksəriyyəti dağıldıqdan sonra artıq əsasən boş olan ərazi tamamilə tərk edilib. İqtisadi çətinliklər yaşayan ölkədə yüksək inflyasiya layihənin tabutuna son mismar oldu.

Quş baxışı ilə yerdən yuxarı qalxan təxminən 100 qüllə blokunu görmək olar. Bu nəhəng 100 qüllədə 23 min 938 ev var. Çoxmənzilli binalar səhra istisində qızararkən, layihədə nə parkın, nə ağacların, nə də yaşıllığın olmaması da diqqət çəkir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ