Birləşmiş Millətlər Təşkilatından İsrailə sərt reaksiya


BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Griffiths, "Qəzzəyə daha çox yardımın göstərilməsi Rəfaha genişmiqyaslı hərbi hücuma haqq qazandırmır" dedi.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının ( BMT ) baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Martin Griffiths İsrailin Rəfaha mümkün quru hücumu ilə bağlı yazılı açıqlama verib.

Rəfaha hücumun sözlə ifadə edilə bilməyəcək qədər böyük bir faciəyə səbəb olacağı xəbərdarlığını edən Griffiths, bütün dünyanın İsraili Rəfaha hücum etməməsi ilə bağlı xəbərdar etdiyini, lakin hücumun tezliklə reallaşacağını ifadə edib.

Aclıq, xəstəlik, qarşıdurma və kütləvi məzarlıqdan qaçan yüz minlərlə insanın Qəzzanın ən cənub nöqtəsinə qaçdığını xatırladan Qriffits, buradakı hücumun daha çox travma və ölümlə nəticələnəcəyini qeyd edib.

Rəfaha qurudan edilən hücumun humanitar yardım təşkilatlarına da böyük zərbə vuracağını ifadə edən Griffiths , " Aclıq və ölümün qarşısını almaq üçün bir yarışdayıq.

Griffiths, İsrailin yeni keçid məntəqələri açmasını alqışladıqlarını və bütün yardımların paylanmasının qorunması lazım olduğunu qeyd edərək, əlavə edib: “ Qəzzəyə daha çox yardımın edilməsi Rəfaha hərtərəfli hərbi hücumu qanuniləşdirmək demək deyil. "

Qriffits Rəfaha hücumun təsviri mümkün olmayan faciəyə səbəb olacağı xəbərdarlığını təkrarlayıb və heç bir humanitar yardım planının bunun öhdəsindən gələ bilməyəcəyinə işarə edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ