Rusiyadan ABŞ-a sərt reaksiyası


Kreml bəyan edib ki, “Ukrayna ABŞ-dan uzaqmənzilli raketlər alarsa, Rusiya Ukraynadakı bufer zonasını genişləndirəcək”.

Turkustan.az xəbər verir ki, Kreml, Ukraynanın ABŞ-dan uzaqmənzilli ATACM raketləri alacağı təqdirdə Rusiyanın Ukraynadakı “bufer zonasını” genişləndirəcəyini açıqlayıb.

Aylarla gecikmədən sonra ABŞ Konqresi hərtərəfli yardım paketini təsdiqlədi və Ukraynaya milyardlarla dollarlıq yardım göndərilməsi üçün yaşıl işıq yandırdı.

Sözügedən paket çərçivəsində Ukraynaya 61 milyard dollarlıq yardımın edilməsi planlaşdırılır.

Kremlin sözçüsü Dmitri Peskov, ATACM raketlərinin də daxil olduğu paketin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib ki, daha uzun mənzilli raketlər göndərilərsə, Rusiya Ukraynada bufer zonası kimi istifadə etdiyi ərazini genişləndirməli olacaq.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ