Süni intellektlə hazırlanan “Putin” filmi böyük səs-küyə səbəb oldu - VİDEO+FOTO


Rusiya lideri Putinin həyatından bəhs edən Polşada çəkilən və "deepfake" texnologiyası ilə hazırlanan film süni intellektlə bağlı müzakirələrə yeni ölçü gətirdi.

Turkustan.az xəbər verir ki, Rusiya lideri Vladimir Putinin süni intellekt tərəfindən canlandırıldığı film Polşada müzakirələrə səbəb olub.

Polşalı rejissor Patrik Veqanın hazırladığı “Putin” filmi gələn ilin sentyabrında 35 ölkədə nümayiş olunacaq. Rusiya liderinin həyatından bəhs edən “psixoloji dəhşət” filmində süni intellektlə təsvir edilən Putin diktator kimi göstərilir.

Bildirilib ki, Polşada AIO studiyası tərəfindən deepfake texnologiyası ilə hazırlanan ingilis filmi 3 illik zəhmətin nəticəsidir.

Rejissor Veqa , "Filmimiz müasir siyasətin ən mübahisəli simalarından birinin məqsəd və hərəkətlərinə işıq salır " dedi .

“Biz Putini 20.000 səhnə üçün studiyaya gətirə bilmədik, ona görə də biz əsl insan modelinə güvənmədən kinematik xarakter yaratmaq üçün qabaqcıl AI texnologiyamızı yaratdıq.” Veqanın sözlərinə görə, film Putini anlamaq istəyənlər üçün bələdçidir.

Sözcü -də yer alan xəbərə görə , filmdə Putinin uşaqlığı, hakimiyyətə gəlişi, ABŞ ilə əlaqələri, Çeçenistan və Ukrayna müharibələri kimi mövzular yer alır. Bəzi səhnələrdə Rusiya lideri uşaq bezində görünür.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ