Zaxarova: "NATO-nun Finlandiyadakı təlimləri təxribatdır"


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun aprelin 26-da Finlandiyada Rusiya-Finlandiya sərhədi yaxınlığında başlayan hərbi təlimlərinin təxribat xarakterli olduğuna işarə edib. Onun sözlərinə görə, təlimlərin məqsədi Rusiya Federasiyasına güc və hərbi təzyiq göstərməkdir.

Turkustan.az xəbər verir ki, Zaxarova vurğulayıb ki, Şimali Atlantika Alyansı aqressiv niyyətlərinə haqq qazandırmaq üçün üzv ölkələrə Rusiya təhlükəsi ilə bağlı fərziyyələr yayaraq, qəsdən gərginliyi artırır. XİN nümayəndəsi əmin olduğunu bildirib ki, Finlandiyada bu cür hazırlıqlar Rusiyaya qarşı genişmiqyaslı hibrid müharibənin elementidir.

“Helsinki NATO-da “qəbul edilən” kimi rəsmi “qeydiyyatını” tez bir zamanda başa çatdırmağa və bu macəranın tam iştirakçısına çevrilməyə çalışır”, - Zaxarova bildirib. Onun sözlərinə görə, bu cür hərəkətlər sərhəddə hərbi insident riskini artırır və regional sabitliyə və təhlükəsizliyə xələl gətirə bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ