ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edəcək


ABŞ Maliyyə Nazirliyi ölkədəki şirkətlərə və dövlət qurumlarına kiberhücumlar həyata keçirdiklərini əsas gətirərək 2 İran şirkəti və 4 İranlıya sanksiya tətbiq etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən edilən açıqlamada ABŞ-da bir sıra şirkət və dövlət qurumlarının kiberhücumların hədəfi olduğu bildirilib.iranlıİnqilab Keşikçiləri Ordusu-Kiber Elektron Komandanlığı (IRGC-CEC) adına fəaliyyət göstərdikləri üçün 2 İran şirkəti və 4 İranlıya qarşı sanksiya tətbiq edildiyi bildirilib.

ABŞ Xarici İşlər NazirliyiSözçüsü Metyu Miller, sözügedən qərarla bağlı verdiyi yazılı şərhdə, Nazirliyin 4 nəfər üçün hazırladığı iddianamə ilə birlikdə sanksiya qərarını qəbul etdiyini ifadə edərək, "SEPAH-CEC, İrandakı qurumlara qarşı kiber hücumlardan məsul olan İran dövlət təşkilatıdır”.

ABŞ-ın zərərli kiber hərəkətləri üzə çıxarmaq və günahkarları cəzalandırmaq üçün işlərini davam etdirəcəyini vurğulayan Miller, "ABŞ ölkə şirkətlərini hədəf alan kiber hücumlara dözməyəcək" dedi.

Bu arada OFAC-ın açıqlamasında müvafiq şirkət və şəxslərin adları paylaşılarkən, siyahıdakı adların ABŞ-dakı varlıqlarının bloklandığı da paylaşılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ