ABŞ Senatı TikTok-un qadağan edilməsinə yol açan qanun layihəsini təsdiqlədi


ABŞ Senatı Çinin “Bytedance” şirkətinin əsas tərəfdaşı olduğu “TikTok”un ötürülməsinə və ya ötürülmədiyi təqdirdə qadağan edilməsinə yol açan qanun layihəsini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, ABŞ Senatı Çinin “Bytedance” şirkətinin əsas tərəfdaşı olduğu “TikTok”un ötürülməsinə və ya ötürülmədiyi təqdirdə qadağan edilməsinə yol açan qanun layihəsini təsdiqləyib.

Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq hərbi yardım paketi ilə bağlı səsverməyə çıxarılan qanun layihəsi 18 əleyhinə 78 səslə qəbul edilib.

Martın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermədə "Amerikalıların Xarici Düşmənlər Aktı ilə Nəzarət Edilən Təcrübələrdən Müdafiəsi" adlı qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib və təsdiq üçün ABŞ Senatına göndərib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini bəyan edib.

TikTok-un "milli təhlükəsizliyə təhdid yaratdığı" səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çinin ByteDance şirkəti platformanı təhvil verməli olacaq. Əks halda, TikTok-un ABŞ-dakı internet tətbiqi mağazalarından 5 ay və ya tamamilə silinməsi nəzərdə tutulur.

Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən ByteDance şirkətinin TikTok vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.

Qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığını məhdudlaşdırmaq" mənasına gələ biləcəyini bildirirlər.

TikTok rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və ABŞ-dakı digər sosial media platformaları kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini iddia edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ