Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib


Hindistan 250 kilometr mənzilli “Kristal Maze-2” ballistik raketini uğurla sınaqdan keçirib.

Turkustan.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi Crystal Maze-2-nin sınaq buraxılışının uğurla həyata keçirildiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, sözügedən orta mənzilli ballistik raketin sınağı onun əməliyyat qabiliyyətini sübut edib.

Hindistan Müdafiə Nazirliyinin sözçüsü Bharat Bhushan Babu, X sosial media platformasındakı paylaşımında, "Bu sınaq əməliyyat hazırlığını vurğulayır və texnologiyadakı irəliləyişləri nümayiş etdirir" dedi.

Hindistan aprelin 4-də yeni nəsil yerli ballistik raketi Agni Prime-nin uçuş sınağını uğurla həyata keçirdiyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ