Misir: Ərəb dünyasında Fələstin üçün hərəkat var


Misirin xarici işlər naziri Samih Şükri ərəb dünyasında “Fələstin dövlətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü kimi tanınmasını dəstəkləmək üçün” yeni hərəkatın olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə İrlandiyanın xarici işlər naziri Micheal Martin ilə mətbuat konfransı keçirən Şükri, Fələstinin BMT-yə tam üzvlük müraciətinə ABŞ-ın veto qoyması ilə bağlı sualı cavablandırıb.

Ərəb dünyasında "Fələstin Dövlətinin BMT-nin tamhüquqlu üzvü kimi tanınmasına dəstək vermək üçün" yeni bir hərəkatın olduğunu ifadə edən Şükri, "Növbəti addım Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və səsvermə yolu ilə atılacaq" Fələstinin BMT-nin tam üzvü olaraq tanınmasına dəstək artacaq." dedi.

Bunun digər ölkələri, o cümlədən hələ Fələstin dövlətini tanımayan Avropa ölkələri də həvəsləndirə biləcəyini ifadə edən Şükri, Fələstinlə bağlı hazırlanması gözlənilən qətnamə layihəsinin ərəb qrupu tərəfindən dəstəkləndiyini bildirib.

İrlandiyanın xarici işlər naziri Martin də “Avropa İttifaqının bir çox ölkəsinin Fələstin Dövlətini tanımaq və Qəzza zolağında zorakılığı dayandırmaq üçün çalışır” deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ