Vətən axtarışlarını dayandırmaq lazımdır - Paşinyan


"Vətən axtarışlarını dayandırmaq lazımdır".

Turkustan.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan qondarma erməni soyqırımı ilə bağlı xalqa müraciətində bildirib.

Paşinyan çıxışında Əhdi-Ətiqin “Çıxış” kitabından sözlərə istinad edərək, indiki Ermənistanı “süd və balın axdığı vəd edilmiş torpaq” adlandırıb. O qeyd edib ki, Ermənistanın özü öz taleyinə nəzarət etməlidir.

"Erməni xalqı geosiyasi intriqaların, yalan vədlərin qurbanına çevrilib", - Paşinyan vurğulayıb.(modern.az)


MANŞET XƏBƏRLƏRİ