Bu ölkədə 1 avroya ev satılır


İtaliyada bir avroluq ev satışları son bir neçə ildə böyük diqqəti cəlb etdi, onlarla insan ölkənin boşaldılmış bəzi şəhərlərində tərk edilmiş mülkləri satın almağı seçib.

Turkustan.az xəbər verir ki, Siciliyadakı Mussomeli və Kampaniyadakı Zungoli kimi şəhərlər italyan xəyalını yaşamaq istəyən əcnəbilərə müxtəlif tərk edilmiş yaşayış yerlərini satmağı bacarsa da, bəziləri boş evlərini satmaqda çətinlik çəkir.

CNN-in verdiyi məlumata görə, 1900-cü illərin əvvəllərində 40-dan çox tərk edilmiş mülkün çürüməyə buraxıldığı üç min nəfərlik əhalisi olan Romanın cənubundakı ucqar orta əsr kəndi Patrika onlardan biridir.

İtaliyanın mərkəzində Sacco vadisinə baxan qayalı bir yaylada yerləşən Patrica səliqəli bir yerdir, lakin burada həyat keçmişdə yerlilər üçün asan deyildi.

Patrikanın bir çox sakini onilliklər boyu evlərini boş qoyub, başqa yerlərdə daha parlaq gələcək axtarır.

Şəhərin meri Lucio Fiordaliso, ölən kəndə yeni nəfəs vermək cəhdi ilə boş evlərini bir avroya satışa çıxaran digər İtalyan kəndlərinin uğurunu izləməyə çalışır, lakin indiyə qədər çox uğur qazana bilməyib!

Fiordaliso CNN-ə deyib: "Biz əvvəlcə bütün tərk edilmiş evləri müəyyən etdik və ilk sahiblərinə rəsmi müraciət etdik, onları qəzalı vəziyyətdə olan ailə mülklərini təhvil verməyə dəvət etdik. Bununla belə, biz yalnız iki evi sata bildik".

Zəlzələlər və digər təbii fəlakətlər nəticəsində əhalisi azalan şəhərlərdə yerli hökumətlər sahiblərinin icazəsi olmadan tərk edilmiş evləri satışa çıxarmaq səlahiyyətinə malik olsalar da, Patrika və buna bənzər şəhərlər üçün belə deyil.

"İlk növbədə, bizə ev sahiblərinin və ya onların varislərinin köhnə evlərini sərəncam verməyə hazır olmaları lazımdır. Yalnız bundan sonra biz onların razılığı ilə bu əmlakları satışa çıxara bilərik ki, bu da prosesi çox mürəkkəbləşdirir. Bu, demək olar ki, mümkün deyil", - deyir. Fiordaliso.

Fiordaliso izah edir ki, şəhər "bir avroluq evlər layihəmizə qoşulmaq üçün ictimai müraciət" göndərdikdən sonra 10 mülk sahibindən "müsbət cavab" aldı, lakin onlar son anda geri çəkildilər. Qalanları ümumiyyətlə cavab vermədi.

Fiordaliso düşünür ki, fikrini dəyişənlər, eyni əmlakın payına sahib olan digər qohumları ilə yaşadıqları problemlərə görə bunu ediblər.

Köhnə İtaliya şəhərlərində tərk edilmiş binalar bəzən çoxlu varislər arasında bölünür, hər biri yalnız bir hissəyə (hamam, eyvan, mətbəx kimi) malikdir və İtaliya qanunlarına görə bütün varislərin yazılı razılığı olmadan heç bir şey satıla bilməz.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ